WEST END

West End

n Uest End, Londonun kübarlar yaşayan qərb hissəsi

WEST
WESTERN
OBASTAN VİKİ
Kanye West
Ye (tam adı: Kanye Omari West; 8 iyun 1977, Atlanta, Corciya) — amerikalı repçi, müğənni, mahnı müəllifi, prodüser və dəb dizayneri. Atlanta şəhərində doğulub, Çikaqoda böyüyən Kanye Vest 2000-ci illərin əvvəllərində Roc-A-Fella Records səsyazma şirkətində gördüyü prodüserlik işləri ilə məşhurlaşmağa başlayıb. O, müxtəlif sənətçilərin sinqlları üçün prodüserlik etmiş, həm də "chipmunk soul" sempl üslubunu təkmilləşdirmişdir. Kanye 2004-cü ildə GOOD Music səsyazma şirkətini təsis edir. Onun buraxdığı ilk altı studiya albomu Rolling Stone tərəfindən 2020-ci ildə tərtib edilmiş "Bütün zamanların ən möhtəşəm 500 albomu" siyahısına daxil edilmişdir. Kanye bir çox sənətçi ilə ortaq albom hazırlamışdır – Jay-Z ilə "Watch the Throne" (2011), Kid Cudi ilə "Kids See Ghosts" (2018) və nəhayət Ty Dolla Sign ilə "Vultures 1" (2024) Dünyanın ən çox musiqi satışı həyata keçirən musiqiçilərindən biri olan Kanye, 160 milyondan çox səsyazma satmağa nail olmuşdur. Kanye 24 "Qremmi" qalibi olmuş, 75 dəfə namizədlik əldə etmiş, həm də Jay-Z ilə birlikdə ən çox mükafat qazanan repçilərdən biri olmuşdur. Time jurnalı onu 2005 və 2015-ci illərdə "100 ən nüfuzlu" insanlardan biri adına layiq görüb. Dəb dizayneri kimi Kanye, Nike, Louis Vuitton, Gap, A.P.C. moda markaları ilə tərəfdaşlıq etmişdir. O, Adidas ilə birlikdə Yeezy ayaqqabılarını təqdim etmişdir.
Key West
Key West ABŞ-dakı Florida Keysin bir hissəsidir. Adanın uzunluğu 6.4 kilometr, eni 3.2 kilometrdir. Key West City və heç bir ölkə tərəfindən tanınmayan Conch Republic adadadır. 1950-ci illərin sonuna qədər adada bir çox duz gölməçəsi mövcud idi. Daha sonra bu gölməçələr dolduruldu.
West Tower
West Tower (azərb. Qərb qalası‎) — Liverpulun mərkəzində yerləşən 40 mərtəbəli göydələn. == Xüsusiyyətləri == Göydələn Liverpulda yerləşən ən hündür tikilidir. Tikili vahid memarlıq üslubunda (modernizm) inşa edilmişdir. 5-ci mərtəbədən 33-cü mərtəbəyə qədər dəbdəbəli mənzillər, 34-cü mərtəbədə isə panoramalı restoran var. Qalan mərtəbələri (6 mərtəbə) üst qatında yerləşən ayrı bir sahə. Binanın inşası şirkətə 35.000.000 funt sterlinqə başa gəldi.
Lends End
Lends End burnu (ing. Land's End) — Böyük Britaniyanın cənub-qərb hissəssində yerləşən burun. Lends End Kornuollun qərbində, Sennen kəndi ərazisində, Penzansdan 13 km aralıda yerləşir. Burundan qərbdə elədə böyük olmayan Silli arxipelaqı və Lonqşips qayaları yerləşir. Burundan 5 km şərqdə Lends End hava limanı vardır. Lends Enddən Con-о'Qrotsa olan məsafə 1349 km-dir.
World End
WORLD END (azərb. Dünya sonu‎) – Flow qrupunun 16-cı sinqlı. "Code Geass: Lelouch of the Rebellion R2" anime serialının 2-ci açılış mahnısıdır. İlk həftəsində Oricon çartlarında 4-cü yerə yüksəlmiş və 10 həftə boyunca çartda qalmışdır.
North West Construction
VIA 57 West
VIA 57 Qərb (ing. VIA 57 West) — Danimarka memarlıq firması “Bjarke Ingels Group” (BIG) dizaynı əsasında Nyu-York şəhərində inşa edilmiş yaşayış binası. Piramida formalı qüllə və ya tetrahedron formalı bina 142 metr hündürlüyə və 5 mərtəbəyə malikdir. Bina, 57-ci küçə, Cəhənnəm mətbəxi, Manhetten, Nyu-York ünvanında yerləşir. “The New York Times”ın verdiyi məlumata görə, binanın adı şəhərə gətirən Vest-Sayd-Hayvey avtomagistralının məhz binanın yerləşdiyi yerdən keçməsi ilə bağlıdır. == Tarixi == ABŞ investor və sahibkarı Duqlas Darst 2000-ci illərdə Danimarkada olarkən memar Byarke İngels ilə görüşür. 2010-cu ilin fevralında memarın Kopenhagendəki studiyasını ziyarət edən Darst “onun işlərinin əsas heyranedici cəhətinin hər bir dizaynın bir-birindən fərqlənməsi və xırda detalların yerli mühitə uyğunlaşdırılması”nı görür. 2010-cu ilin yazında “Durst Fetner Residential” şirkəti “BIG” şirkətinə Manhettendə yeni yaşayış binası inşa etməyi sifariş edir. W57 adlandırılmış yaşayış binası layihəsinin inkişafı və həyata keçirilməsi üçün 2011-ci ildə “BIG” Nyu-York ofisini açır. 2012-ci ilin ortalarında ofis işçilərinin sayı 50 nəfərə çatır, 2015-ci ildə isə şirkət Nyu-Yorkda 150 nəfəri işə cəlb edir.
West Melbourne, Florida
Vest Melburn, ABŞ-nin Florida ştatının Brevard dairəsində yerləşən bir şəhərdir. 26 Noyabr 2009 tarixində şəhərin əhalisi 18.155 nəfər olmuşdur. == Demoqrafiya == === 2010-cu il siyahıya alması === 15 Mart 2010-cu il tarixində aparılmış siyahıya alınmaya görə, şəhərdə 11.487 nəfər, 5.176 ev və 3.207 ailə var. Şəhərin əhali bölgüsünə görə əhali 79.0% Ağ, 11.3% Afroamerikalı, 0.3% Yerli Amerikalı, 5.2% Asiya mənşəli, 0.1% Sakit okean adaları mənşəli, 1.1% digər qruplardan ibarətdir.
Ritm-end-blyuz
Rhythm and blues — musiqi janrı. Amerika qaradərili musiqiçilərinin caz, rep kimi qarışığı olan bir musiqi janrı olaraq yaratdıqları janrdır. == Tarixi == İlk dəfə 1947-ci ildə Cerri Ueksler tərəfindən "Bilbord" jurnalında istifadə olunmuşdur. İlk R&B nümunələri populyar səviyyədə Stivi Uander, Maykl Cekson kimi müğənnilər səsləndirib.
İst-End cadugərləri
İst End Cadugarları (ing. Witches of East End) — Melissa de la Kruz tərəfindən yazılmış və 2011-ci ildə Biçamp Ailəsi kitablar seriasına aid romandır. Kitab Hyperion Books tərəfindən 21 iyun 2011-ci ildə çap edilib və Long Adası cadugar ailəsinin onlara qarşı yönəlmiş bəd qüvvələrə qarşı mübarizəsindən söhbət açılır.
Silk Way West Airlines
Silk Way West Airlines — baş ofisi və əsas əməliyyat bazası Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən Azərbaycan hava yükdaşımaları şirkəti. == Silk Way Group == Silk Way West Airlines daha iki şirkətin – Silk Way Airlines və Silk Way Technics şirkətlərinin daxil olduğu Silk Way Group şirkətlər qrupunun tərkib hissəsidir. == Tarixçə == 2012-ci ildə Bakıda, İpək Yolunun mərkəzində əsası qoyulan Silk Way West Airlines Xəzər dənizi regionunun ən böyük hava yükdaşımaları şirkətidir. == Donanma == Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli aviaşirkət 12 Boeing 747-8F və 747-400F təyyarələrindən ibarət donanması vasitəsilə dünyanın müxtəlif ölkələrinə ayda 350-dək uçuş həyata keçirir. Aviaşirkətin illik yük dövriyyəsi 420 000 tondan artıqdır. Artmaqda olan marşrut şəbəkəsi Avropa, MDB ölkələri, Orta Şərq, Mərkəzi və Şərqi Asiya, habelə Şimali və Cənubi Amerikada 40-dan artıq istiqaməti əhatə edir. 28 aprel 2021-ci il tarixdə Silk Way West Airlines şirkəti Boeing ilə ən müasir 777F təyyarələrinin alınması barədə strateji müqavilə imzalamaqla donanmasının genişləndirilməsi istiqamətində mühüm addım atıb. == Mükafatlar == 2015-ci ildən Beynəlxalq Hava Nəqliyyat Birliyinin (IATA) üzvü olan Silk Way West Airlines hava yükdaşımaları üçün nəzərdə tutulmuş bütün beynəlxalq təhlükəsizlik tələblərinə cavab verir. Cənubi Koreyanın İnçxon hava limanı Silk Way West Airlines şirkətini nüfuzlu “2020-ci ilin yükdaşıma aviaşirkəti” mükafatına layiq görüb. Aviadaşıyıcı əczaçılıq məhsullarının standartlara uyğun şəkildə daşınmasını nəzərdə tutan GDP (Good Distribution Practice) sertifikatı sahibidir.
Seraph of the End
Seraph of the End və ya Yaponiyada tanınan adı ilə Owari no Seraph (終わりのセラフ, Owari no Serafu, azərb. Sonun serafimi‎) – Yamato Yamamotonun rəssamlığı ilə Takaya Kaqami tərəfindən yazılan qaranlıq fentezi manqa seriyası. 3 sentyabr 2012-ci ildən Shueisha nəşriyyatının "Jump Square" jurnalında nəşr olunur. Manqa seriyasında hadisələr insan məhsulu bir virusun bütün dünyada əhalinin azalmasına və ancaq 13 yaşından kiçik uşaqların sağ qalmasına səbəb olduğu bir dünyada cərəyan edir. Dünyada baş verən bu qırğından fürsət bilən vampirlər üzə çıxırlar və dünyada hakimiyyəti ələ keçirməyə çalışırlar. Yuiçiro Hyakuya adlı gənc öldürülən yetimxana ailəsinin qisasını almaq və dostu Mikaela Hyakuyanı vampirlərin əlindən almaq üçün vampir qırma birliyinə qoşulur. 28 avqust 2014-cü ildə Wit Studio anime adaptasiyasını anons etmişdir. Serialın birinci hissəsi 4 aprel 2015-ci ildən 20 iyun 2015-ci ilə kimi, ikinci hissəsi 10 oktyabr 2015-ci ildən 26 dekabr 2015-ci ilə kimi yayımlanmışdır. Serial 14 fevral 2018-ci ildə Böyük Britaniyada yayımlanmağa başlamışdır. Kaqami və Yamamoto tərəfindən Quren İçinosedən bəhs edən ranobe seriyaları hazırlanmışdır.
Waiting for the End
Waiting for the End — Linkin Parkın dördüncü studiya albomu olan A Thousand Sunsdan çıxan 2-ci sinqlı. 1 oktyabr 2010-cu il tarixində çıxmışdır. Klipi isə 8 oktyabr 2010-cu il tarixində Co Han prodüserliyi ilə çıxarılmışdır. Sinql çıxdıqdan sonra "Guitar Hero: Warriors of Rock" adlı oyunun soundtreki olmuşdur. == Sinqldakılar == "Waiting for the End" – 3:51 "The Catalyst ("Guitarmagedon" DIOYY? Remix) – 3:06 == Klipi == Waiting for the End klipi xüsusi effektlər vasitəsilə çəkilmişdir. Klipə Co Han prodüserlik etmişdir.
İst End cadugarları (teleserial, 2013)
İst End cadugərləri (teleserial, 2013)
İst-End cadugərləri (ing. Witches of East End) — eyni adlı kitab əsasında çəkilmiş Amerikan teleserialıdır. Serialın premyerası 6 oktyabr 2013-cü ildə Lifetime kanalında baş tutmuşdur. Hadisələr uydurma İst End adlı şəhərdə cadugər ailəsi olan Coanna Biçamp (Culia Ormond) onun iki qızı olan Freya Biçamp (Cenna Deuan Tatum) və İnqrid Biçamp (reyçl Boston) eləcədə onun bacısı Uendi Biçampın (Madçen Amik) ətrafında cərəyan edir. Lifetime serialı 22 noyabr 2013-cü ildə ikinci mövsüm üçün yenilədi və 13 seria olacağı bildirildi. İkinci mövsümün premyerası 6 iyul 2014-cü ildə baş tutdu. Kanal 4 noyabr 2014-cü ildə zəif reytinqlərə görə serialı ləğv etdi. Final seria 5 oktyabr 2014-cü ildə yayımlandı. == Xarici keçidlər == İst End cadugərləri — Internet Movie Database saytında.
Uncharted 4: A Thief’s End
Uncharted 4: Bir Oğrunun Sonu, Naughty Dog tərəfindən yaradılan və Sony Computer Entertainment tərəfindən PlayStation 4 videooyun konsolu üçün nəşr olunan bir döyüş-macəra videooyunudur. Oyun 10 May 2016-cı ildə dünyada satışa çıxarıldı. Uncharted 3: Drake’s Deception-in dəvamı olan Neytan Dreyk'in rol oynadığı Uncharted seriyasının son oyunudur və Naughty Dog'un yaratdığı seriyanın son oyunudur. Drake's Deception hadisələrindən bir neçə il sonra, Bir Oğrunun Sonu, tale ovçuluğundan uzaqlaşan qəhrəmanı, Neytan Dreyk'i izləyir. Qardaşını qurtarmaq üçün Kapitan Henri Eyveri'nin uzun müddətdir itmiş xəzinəsinin yerini tapmaq üçün, böyük qardaşı Sem və uzun müddətdir birlikdə olan ortağı Sali ilə yenidən bir araya gəlir. Buraxılışının ardından Uncharted 4: Oğrunun Sonu, çox bəyənildi və videooyunları jurnalistləri tərəfindən 2016-ci ilin ən yaxşı videooyunlarından biri olaraq görüldü. Jurnalistlər, oyunu Uncharted seriyasına uyğun bir son olaraq gördülər. Oyun povestinə, romantik dərinliyinə, vizual keyfiyyətinə, Multioyunçu və inkişaf etdirilmiş oyun mexanikasına görə əvvəlki oyunlarla müqayisədə inkişaf etdirilmişdi. Uncharted 4: Bir Oğrunun Sonu, İlin Oyunu, Ən Yaxşı Aksiyon-Macəra Oyunu kimi bir sıra mükafatlara nail olmuşdur. Oyun ilk həftəsində 2,7 milyon kopiya satdı və PlayStation 4'dəki ən çox satan videooyunlarının yanında seriyanın ən sürətli satan oyunu oldu.